Aqil Abbas Ağdamı ziyarət etdi

Milli Məclisin deputatı Aqil Abbas işğaldan azad olunmuş Ağdam şəhərinə baş çəkib.

Bu barədə Modern.az-a deputat özü məlumat verib. O qeyd edib ki, hazırda Ağdamdakı vəziyyətlə tanışlıq üçün doğma torpaqlarına yollanıb.

Deputat viran edilmiş Ağdamda gördükləri haqqında mediaya ətraflı məluat verəcəyini söyləyib.

Xatırladaq ki, Aqil Abbas 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb.

Qeyd edək ki, deputat 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Milli Məclisə üzv seçilib. Hazırda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, həmçinin Mədəniyyət komitəsinin üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 daşıyıcıları barədə cinayət işi başlanılıb

Sonrakı məqalə

Füzulidə koronavirus xəstəsi barədə cinayət işi başlanıb