“Aqrarkredit” balansındakı qızıl-ziynət əşyalarını satışa çıxardı

Qızıl
Qızıl

Dövlətə aid bank olmayan kredit təşkilatı (BOKT)“Aqrarkredit” QSC balansında olan bəzi aktivlərin satışına başlayır. Məlumata görə, “Aqrarkredit” əsasən balansında olan qızıl-ziynət əşyaları satışa çıxarıb.

Satış prosesi 5 may 2025-ci il, saat 14:00-da “Aqrarkredit” QSC-nin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 ünvanında yerləşən baş ofisində keçiriləcək.

Qeyd edilib ki, alıcılar satışa çıxarılan qızıl-ziynət əşyalarının növləri, çeşidləri və hər bir lot üzrə qiymətləri ilə öncədən həmin ünvanda tanış ola bilərlər.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 45,339 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.