Araik və digər xunta rəhbərləri Ermənistana təhvil verilməyəcək –Hakimiyyət mənbələrindən təkzib

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər – Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib.

Bu addım obyektiv səbəbləri barədə məlumat yayılsa da, sosial mediada aparılan müzakirələrdə hazırda məhkəmə prosesi aparılan şəxslərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimalını irəli sürüblər.

APA-nın hakimiyyətdəki mənbələrindən əldə etdyi məlumata görə, belə ehtimal yoxdur.

” Bu ehtimallar illyuziyadır. Azərbaycan xalqına qarşı cinayət törətmiş xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur” deyə, hakimiyyətdəki mənbə bildirib.

Başqa bir hakimiyyət rəsmisi də agentliyə qətiyyətlə eyni fikri söyləyib: “Onlar törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər və günahları sübut olunduqdan sonra ən sərt formada cəzalandırılacaqlar”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.