Qarabağın qondarma rejiminin rəhbərri Araik Arutyunyan həbs edilib.
Azpost.info bildirir ki, DTX tərəfindən saxlanılan separatçı hazırda Xankəndidən Bakıya gətirilir.
Vətən müharibəsi zamanı Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki əhalinin qətlə yetirilməsi ilə bağlı David Babayan, Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib.
Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.