“Araz-Naxçıvan” “Kəpəz”i məğlub edib-Premyer Liqa

Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.

İlk gündə bir oyun baş tutub.

Tovuzda autsayder “Kəpəz” uğurlu mövsüm keçirən “Araz-Naxçıvan”ı sınağa çəkib. İkinci pillədə qərarlaşmış Naxçıvan təmsilçisi növbəti qələbəsini qazanmaqla müvəqqəti də olsa, zirvəyə yüksəlib.

“Səbail” – “Qarabağ” və “Neftçi” – “Zirə” oyunları sabah keçiriləcək. “Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Şamaxı” matçları isə bazar günü baş tutacaq.

Azərbaycan Premyer Liqası
14-cü tur
22 noyabr

“Kəpəz” – “Araz-Naxçıvan” 0:2
Qollar: Felipe Santos, 25. Bernardo Dias, 85.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
Tovuz şəhər stadionu, 17:00.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Siyasi Partiyaların Beynəlxalq Konfransına müraciət edib

Sonrakı məqalə

İstanbula sabaha nəzərdə tutulan uçuşlar təxirə salınıb