Araz Zeynalov dəfn olunub – FOTO

Tanınmış jurnalist Araz Zeynalovla vida mərasimi keçirilib.

APA xəbər verir ki, vida mərasimi mərhumun evində keçirilib.

Mərasimdə onun ailə üzvləri ilə yanaşı, bir sıra ictimaiyyət və mətbuat nümayəndələri iştirak edib.

Vida mərasimi yekunlaşdıqdan sonra Araz Zeynalov Yasamal qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Araz Zeynalov dünən axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib. O, “APA Media Group”a daxil olan Vesti.az saytının ilk baş redaktoru olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.