“Arif Babayev araba ilə gəzir, danışığında problem var” –Xalq artisti evə buraxılıb

Xalq artisti Arif Babayev xəstəxanadan evə buraxılıb.
AzPost bildirir ki, bu haqda məlumatı Moderator.az-a sənətkarın xanımı Gültəkin Babayeva deyib:
“Arif müəllim 5 gün xəstəxanada yatdı. Ayaqları şişmişdi, su yığılmışdı. Onu müalicə etdilər. Həftənin 5-ci günü, mayın 9-da xəstəxanadan evə buraxılıb. Müalicəsini evdə davam etdiririk. Hələ ki, tam sağalmayıb. Evdə arabası ilə gəzir. Yaxşı danışa bilmir. Danışığında problemlər var. Ona görə telefonlara mən cavab verirəm. Tələbələri zəng edib maraqlanırlar. Arif müəllimi dövlətimizin diqqəti, qayğısı sevindirir. Hər kəsə onun adından təşəkkür edirəm”, – deyə sənətkarın xanımı bildirib.
Qeyd edək ki, xalq artisti Arif Babayev bir neçə gün bundan əvvəl Mərkəzi Klinikaya yerləşdirilmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.