“Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilməyib” –AÇIQLAMA  

“Arif Babayev Türkiyəyə müayinəyə gedib, əməliyyat üçün yox”- bunu Modern.az-a açıqlamasında  tanınmış xanəndə, Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov bildirib.

“Arif müəllimlə dünən telefonla danışmışam səhhəti normaldır.  Türkiyəyə müayinə üçün gedib. Çünki əvvəl onun əməliyyatını Bakıda türk həkim həyata keçirmişdi. Sabah artıq Bakıya qayıdacaq”.

Xatırladaq ki, Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, 81 yaşlı Xalq artisti Arif Babayev bundan əvvəl Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində diz qapağında olan ağrılardan dolayı məliyyat olunub.

İkinci dəfə Türkiyəyə gedən xalq artistinin yenidən əməliyyat keçirməsi ilə bağlı dünən mətbuatda xəbər yayılmışdı.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir