Arif Quliyevin səhhəti nisbətən stabilləşib

Xalq artisti Arif Quliyevin səhhəti əvvəlki günə nisbətən stabil olub.

Bu barədə APA-ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının səhhətinin nisbətən normallaşdığını deyib: “Hələ süni tənəffüs cihazına qoşulu vəziyyətdə olsa da, dünən gecə səhhətində irəliləyiş olub. Açığı, biz çox qorxurduq, lakin şükür Allaha, səhhətində nisbətən irəliləyiş baş verib”.

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti “Yeni Klinika” ya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün ictimai yerlərdə 5 koronavirus xəstəsi saxlanılıb –

Sonrakı məqalə

Şair Rüstəm Behrudinin qardaşı oğlu 17 yaşında intihar edib –