Arılara görə uçuş 1 saat ləngidi- VİDEO

Arılardan qaçmaq
Arılardan qaçmaq

Hindistanın Surat şəhərindən Caypura uçmalı olan “IndiGo” hava yollarına məxsus reys arı sürüsünün təyyarənin gövdəsini örtməsi səbəbindən təxminən 50 dəqiqə gecikib.

Milli.Az xəbər verir ki, hadisə zamanı aviaşirkətin işçiləri yük anbarının qapısı ətrafında arıların toplandığını aşkar ediblər və dərhal hava limanı əməkdaşlarını məlumatlandırıblar.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası arıları su şırnağı ilə uzaqlaşdırıb.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.