Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Arıqlamaq üçün ən faydalı 5 tərəvəz

User 06 Oktyabr 2026 - 17:57 (Last updated: 06 Oktyabr 2026 - 17:19)
pehriz

Effektiv arıqlamaq üçün bahalı ekzotik superqidalara və sərt pəhrizlərə ehtiyac yoxdur. Mütəxəssislər bildirirlər ki, balanslaşdırılmış qidalanmanın əsasını gündəlik istifadə etdiyimiz, demək olar ki, hər evdə olan tərəvəzlər təşkil edə bilər.

Bu barədə Mayo Clinic yazır.

Tərkibində yüksək miqdarda su və bitki mənşəli lif olan tərəvəzlər porsiyanın həcmini artırır, yalançı aclıq hissinin qarşısını almağa kömək edir və orqanizmə artıq kalori yükləmir. Lakin onların necə hazırlanması da vacibdir. Bol yağda qızartmaq əvəzinə sobada bişirmək, pörtlətmək, buxarda hazırlamaq və ya çiy halda istifadə etmək daha məqsədəuyğundur.

Artıq çəki ilə mübarizə üçün ən yaxşı 5 tərəvəz

1. Xiyar – az kalori, böyük həcm

Xiyar arıqlamaq istəyənlər üçün ideal tərəvəzlərdən biridir. Tərkibindəki yüksək su miqdarı az kalori ilə daha böyük porsiya yeməyə imkan verir.

Necə istifadə etmək olar? Xiyarı doğrayıb təbii qatıq, xırdalanmış şüyüd, bir neçə damcı limon şirəsi və qara istiotla qarışdırmaq olar. Bu, yüngül qəlyanaltı və ya yağsız balıq üçün garnir kimi istifadə edilə bilər.

2. Pomidor – yüngül və doyumlu salatların əsası

Pomidor aşağı kalorili tərəvəzdir və digər tərəvəzlərlə yaxşı uyğunlaşır.

Necə istifadə etmək olar? Bir neçə pomidoru xiyar, təzə göyərti və qırmızı soğanla qarışdırmaq, üzərinə xardalla qarışdırılmış bir qaşıq qatıq əlavə etmək olar. Salatın qida dəyərini artırmaq üçün bir ədəd qaynadılmış yumurta da əlavə edilə bilər.

3. Kök – qəlyanaltı üçün yaxşı seçim

Xırtıldayan kök liflə zəngindir. Orta ölçülü çiy kökün tərkibində təxminən 25 kilokalori olur.

Necə istifadə etmək olar? Kökü iri sürtgəcdən keçirib turşməzə alma ilə qarışdırmaq, üzərinə limon şirəsi və bir çay qaşığı qatıq əlavə etmək olar. Bu, həm yüngül, həm də faydalı qəlyanaltıdır.

4. Kələm – aşağı kalorili şam yeməyinin əsası

Ağ kələm pəhriz menyusunda geniş istifadə oluna bilər. Onu pörtlətmək, salata əlavə etmək və ya şorba hazırlamaq mümkündür.

Necə istifadə etmək olar? Doğranmış kələmi kök və soğanla az miqdarda suda yumşalana qədər bişirmək olar. Sonda paprika və göyərti əlavə edilir. Şam yeməyini daha doyumlu etmək üçün toyuq və ya hinduşka filesindən də istifadə etmək mümkündür.

5. Kabak – ağır qarnirlərə sağlam alternativ

Kabak yüksək kalorili makaron və bəzi digər qarnirləri əvəz edə bilər. Onu sobada bişirmək və ya pörtlətmək mümkündür.

Necə istifadə etmək olar? Kabakı yarımdairə formasında doğrayıb pomidor və soğanla birlikdə sobada bişirmək, üzərinə quru otlar əlavə etmək olar. Süfrəyə verərkən göyərti və bir qaşıq yüngül qatıq əlavə etmək mümkündür.

Sağlam arıqlamağın əsas qaydası

Yalnız tərəvəzlərdən ibarət qidalanma sağlamlıq üçün optimal seçim deyil. Çəki azaltma prosesi zamanı tərəvəzləri zülalla zəngin məhsullarla – yağsız quş əti, balıq, yumurta, paxlalılar və süd məhsulları ilə düzgün şəkildə birləşdirmək vacibdir.

Bundan əlavə, yeməyə əlavə edilən məhsullara da diqqət etmək lazımdır. Yağlı souslar, mayonez, həddindən artıq bitki yağı və yüksək kalorili əlavələr ən yüngül tərəvəz yeməyinin belə ümumi kalorisini əhəmiyyətli dərəcədə artıra bilər.

Bu səbəbdən arıqlamağın əsas prinsipi konkret bir “möcüzə məhsul” seçmək deyil, gündəlik rasionun ümumi kaloriliyini, qida balansını və porsiya ölçüsünü nəzarətdə saxlamaqdır.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: Küçədə yaşayan qoca kişinin hesabında 100 min manat tapıldı
Next: Volqoqrad Neft Zavodu PUA hücumundan sonra fəaliyyətini dayandırıb

Oxşar xəbərlər

çay
  • Katogriyasız

Çayla birlikdə bu 4 qidanı yeməyin – Həkimlərdən xəbərdarlıq

User 19 Noyabr 2026 - 09:40
rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.