“Arsenal” 17-ci dəfə İngiltərə Superkubokunun qalibi olub

“Arsenal” “Mançester Siti”ni penaltilər seriyasında məğlub edib və İngiltərə Superkubokunun qalibi olub. Görüş Londondakı “Uembli” stadionunda baş tutub.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Mançester Siti”nin heyətində Koul Palmer (77-ci dəqiqə), “Arsenal”da Leandro Trossard (90+11) fərqlənib. Penaltilər seriyasında “Arsenal” 4:1 hesabı ilə daha güclü olub.

“Arsenal” 17-ci dəfə İngiltərə Superkubokunu qazanıb. Komanda sonuncu dəfə 2020-ci ildə turnirin qalibi olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.