“Arsenal”ın qazandığı kubok yerə düşdü –

Aşağı hissəsi qopub FOTO
02 Avqust 2020 - 02:01

Son illərdə kuboku qazanan komandanın mükafatı əlindən salıb sındırması dəfələrlə yaşanıb.

Apasport.az saytının məlumatına görə, növbəti belə hadisə İngiltərə kubokunun finalında baş verib.

“Çelsi” üzərində 2:1 hesablı qələbədən sonra ölkə kubokunu qazanan “Arsenal” mükafatla düzgün rəftar etməyib. Komandanın kapitanı və finaldakı dublun müəllifi Pyer-Emerik Obameyanq kuboku əlindən salıb. Zərbədən mükafatın aşağı hissəsi qopub.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya kubokunun finalındakı qələbədən sonra “Zenit” futbolçuları da mükafatı əlindən yerə salmışdı.