“Artıq Türkiyənin Ermənistanı blokadada saxlamasına səbəb yoxdur”-XİN rəhbəri Ayvazyan

“Artıq Türkiyənin Ermənistanı blokadada saxlamasına səbəb yoxdur”.

Bu barədə XİN rəhbəri Ara Ayvazyan fevralın 10-da parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.

“Türkiyə uzun illərdir ki, Qarabağda status-kvonun dəyişdirilməsini tələb edərək, Ermənistanla sərhədləri bağlı saxlayır. İndi bu status-kvo dəyişib, həm də güc yolu ilə dəyişib”-, o deyib.

“Türkiyə dünya ictimaiyyətinin təzyiqi altında gec-tez sərhəddi açmalı olacaq. Eyni zamanda, biz başa düşürük ki, sərhədlərin açılması həm imkanları, həm də riskləri ehtiva edir. Buna əsaslanaraq Ermənistan və onun hakimiyyəti təhlükəsizliyin səviyyəsini yüksəltmək üçün əlindən gələni edəcək”, – Ayvazyan bildirib.

Eyni zamanda o hesab edir ki, Türkiyənin Cənubi Qafqazda hazırkı hərbi-siyasi fəallığı Ermənistan üçün yeni problemlər və çağırışlar yaradır. Nazir Qarsda Türkiyə və Azərbaycanın təlimlərinə bu kontekstdə baxır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pentaqon Çin üzrə yeni işçi qrup yaradıb

Sonrakı məqalə

“Qarabağ ermənilərinin Azərbaycanın tamhüquqlu vətəndaşları olması barədə bəyanatı alqışlayırıq”-