“Arvadın səni döyürmü?”— Fransada prezidentlə bağlı reklam gündəm yaratdı (FOTO)

Makron
Makron

Fransada yeni yayılan reklam kampaniyası ölkə gündəminə çevrilib. AzPost xəbər verir ki, sosial şəbəkələrdə yayılan afişada prezident Emmanuel Makronun fotosu fonunda “Arvadın səni döyürmü? Özünümüdafiə kursu keç!” şüarı yer alıb.

İdman zalında çəkildiyi ehtimal edilən fotoda prezidentin alnında qançır olduğu və bir gözünü əl ilə tutduğu görünür. Reklam afişası qısa müddət ərzində sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, bir müddət əvvəl Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla aralarında yaşanan ailə münaqişəsi medianın diqqətindən yayınmamışdı. Vyetnama səfər zamanı təyyarədən enən zaman cütlük arasında mübahisə düşüb və prezidentin həyat yoldaşı ona sillə vurub. Hadisə jurnalistlərin kameralarına tuş gəlib və yayılan görüntülər ölkə daxilində və beynəlxalq mediada rezonans doğurub.

Yelisey Sarayı insidentin baş verdiyini təsdiqləyib və bunu “ailə içi mübahisə” kimi qiymətləndirib.

Sosial şəbəkə istifadəçiləri isə baş verənləri ironik şəkildə özünümüdafiə kurslarının reklamına çevirməklə ölkənin siyasi liderinə eyham vurublar. Hazırda bu afişa Fransa ictimaiyyətində böyük maraq doğurub və müxtəlif reaksiyalara səbəb olub.

Fransızlar Makronu ələ salan reklamlarla özünümüdafiə kurslarına başlayıblar

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.