Arvadını evdə və avtomobildə döyən şəxsə elektron qolbaq taxıldı

Qolbağ
Qolbağ

Xəzər Rayon Məhkəməsində işgəncə vermədə təqsirləndirilən Tağı Qədimovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə 2024-cü illərdə paytaxtın Suraxanı və Xəzər rayonları ərazilərində qeydə alınıb.

Belə ki, Tağı Qədimov Suraxanı rayonunda kirayədə yaşadığı evdə arvadı, zərərçəkmiş İlhamə Qədimova (ad, soyadı şərtidir) ilə ailə məişət münasibətləri zəminində mübahisə edib. Bu zaman o, qadının əlindən tutaraq qəsdən burub yerə yıxıb, təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Hadisədən bir qədər sonra Tağı arvadının nənəsinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən yenidən İlhamə ilə mübahisə edib. Mübahisə zamanı o, qadının saçından tutub başını divara çırparaq döyüb.

Bundan başqa, təqsirləndirilən şəxs Xəzər rayonu, Zirə qəsəbəsində özünə məxsus “Hyundai Getz” markalı avtomobilin salonunda İlhamənin saçından tutaraq başını avtomobilin şüşəsinə vurub, daha sonra bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirək döyüb.

Beləliklə, o, qadına xəsarətlər yetirməklə əzab verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.