Arxeoloqlar Türkiyədə 3500 il yaşı olan “kassa çeki” tapıblar-FOTO

Türkiyədə aparılan arxeoloji qazıntılarda qədim dövrlərə aid maraqlı artefaktlar üzə çıxır.

Hatay əyalətində arxeoloji qazıntılar zamanı aşkar edilmiş gil lövhə yerli və xarici arxeoloqların diqqətini cəlb edib. Eradan əvvəl XV əsrə aid gil lövhənin laboratoriyada tədqiqi zamanı onun akkad dilində mixi yazı ilə tərtib olunduğu sübuta yetirilib. Məlum olub ki, söhbət mebel alışına dair rəsmi sənəddən gedir. Tarixçilər bu tapıntını qədim “kassa çeki” hesab edirlər.

Hazırda mütəxəssislər nadir tapıntının üzərindəki mətnin tam tərcümə olunmasına çalışırlar. Gil lövhə barədə xəbərə dünyanın aparıcı media qurumları yer ayırıb. (Azərtac)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.