AŞ Nazirlər Komitəsinin iclasında iştirak edir-Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin Turində keçirilən 132-ci iclasında iştirak edir.

Bu barədə  XİN-dən məlumat verilib.

Qeyd edək ki, iclasın gündəliyində olan əsas mövzu Ukraynadakı vəziyyətdir.

“Bu, nazirlər üçün Ukrayna və onun xalqına dəstək və həmrəylik nümayiş etdirmək baxımından bir fürsət olacaq. Onlar həmçinin Avropa Şurasının dəyərləri: sülh, demokratiya, qanunun aliliyi və insan haqları ətrafında birliklərini, həmçinin bu dəyərlər ətrafında çoxtərəfli əməkdaşlığa inamlarını təsdiq edəcəklər. Bundan əlavə, onlar təşkilatın yeni siyasi kontekstdə öz missiyasını yerinə yetirmək qabiliyyətini gücləndirmək üçün addımlar müəyyən edəcəklər”, – qurumun rəsmi saytında yayılan məlumatda bildirilib.

Əvvəlki məqalə

Mərhum jurnalist Qadir İbrahimlinin nəşi ailəsinə təhvil verilib –

Sonrakı məqalə

G7 ölkələri ərzaq təhlükəsizliyi alyansı yaradır –