Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Orkhan Ali 06 Aprel 2024 - 11:05 (Last updated: 21 May 2025 - 20:15)
araq

Azərbaycanda alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilir.

Bununla bağlı məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında mazakirə edilən “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik layihəsində qeyd edilir ki, icazə sisteminin təkmilləşdirilməsi qeyd edilən sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına və istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına xidmət edəcəkdir.

İstehsal fəaliyyətinin həyata keçirildiyi qida obyektində ölçü cihazlarının quraşdırılması alkoqollu içki istehsalçılarının istehsal həcmlərinin gizlədilməsi hallarının qarşısının alınmasına və hazır məhsul dövriyyəsinin müəyyənləşdirilməsinə xidmət edir.

Alkoqollu içki növü olan arağın idxalı ilə bağlı təchizatçı ilə müqavilənin, eləcə də istehsalda xammal qismində istifadə olunan spirtin alışına dair sənədlərin mövcudluğu şərtinin müəyyən edilməsi bu sahədə mənşəyi məlum olmayan və aşağı keyfiyyətli malların dövriyyəsini, eləcə də kölgə iqtisadiyyatının həcmini məhdudlaşdıracaqdır.

Alkoqollu içki növü olan arağın istehsalına icazənin verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də illik minimum istehsal həddinin müəyyən edilməsidir. Layihədə illik minimum istehsal həcmi 100 min dekalitr olaraq müəyyən edilsə də, layihənin keçid müddəalarında illik minimum istehsal həcminin bu həddə 2032-ci il yanvarın 1-dək mərhələli şəkildə qaldırılması nəzərdə tutulur. Belə ki, 2024-2025-ci illər üzrə illik minimum istehsal həcmi 20 min dekalitr olaraq müəyyən edilmişdir.

Aparılmış təhlillərə əsasən, son 3 illik dövr üzrə istehsal həcmi 20 min dekalitrdən çox olan vergi ödəyicilərinin araq üzrə istehsal həcmləri ümumilikdə 1.434 min dekalitr təşkil etmişdir ki, bu da ölkə üzrə ümumi araq istehsalının 86%-ni təşkil edir.

Nəzərə alınmalıdır ki, illik minimum istehsal həcmi ilə bağlı oxşar təcrübə ölkə qanunvericiliyində əvvəllər də mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı üçün lisenziya verilməsi Qaydaları”nda (Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli 385 nömrəli qərarı ilə ləğv edilmişdir) araq istehsalı ilə bağlı lisenziyanın illik istehsal həcmi 200 min dekalitrdən az olmamaq şərtilə verilməsi tələbi mövcud olmuşdur.

Post navigation

Previous: Azərbaycanın nufuzunu nümayiş etdirən COP 29
Next: Xaricdən aşağı keyfiyyətli siqaretlərin gətirilməsinin qarşısı alınacaq

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.