Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

ASCO-dan 158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı

Orkhan Ali 07 Yanvar 2026 - 11:38 (Last updated: 07 Yanvar 2026 - 11:31)
2
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 31 dekabr 2024-cü il tarixinə bitən il üzrə konsolidə edilmiş maliyyə hesabatında istiqrazlarla bağlı mühüm məqamlar açıqlanıb.
AzPost Oxu.az-a istinadən xəbər verir ki, 12 mart 2024-cü il tarixində QSC Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, ümumi nəzarətdə olan müəssisə tərəfindən buraxılmış 158 milyon manat dəyərində istiqrazlar əldə edib. İlkin tanınma zamanı istiqrazlar ədalətli dəyərlə uçota alınıb və ədalətli dəyərlə balans dəyəri arasındakı 55 milyon 583 min manat məbləğində fərq əməliyyatın ümumi nəzarətdə olan müəssisə ilə və hökumətin göstərişi əsasında həyata keçirilməsi səbəbindən birbaşa kapitalda tanınıb.
İstiqrazların ədalətli dəyərinin müəyyən edilməsi zamanı emitentin maliyyə əmsalları və likvidliyi nəzərə alınmaqla ehtimal olunan CCC+ kredit reytinqi əsas götürülüb və bazar gəlirliliyi 17.01 faiz səviyyəsində qiymətləndirilib. Hesablamada istifadə edilən diskont dərəcəsi (gələcəkdə əldə olunacaq pul vəsaitlərinin bugünkü dəyərini hesablamaq üçün istifadə olunan faiz dərəcəsi) rəhbərliyin təxminindən 1 faiz yüksək və ya aşağı olsaydı, istiqrazların ədalətli dəyəri müvafiq olaraq 2 milyon 926 min manat azalacaq və ya 3 milyon 44 min manat artacaqdı.
Hesabat tarixinə QSC rəhbərliyi istiqrazların ilkin tanınma tarixindən etibarən kredit riskində əhəmiyyətli artımın olub-olmadığını qiymətləndirib. Müqavilə üzrə ödənişlərdə gecikmələr və emitentin maliyyə göstəricilərinin davamlı pisləşməsi nəzərə alınaraq, istiqrazlar kredit üzrə dəyərsizləşmiş aktiv kimi qiymətləndirilib və 3-cü mərhələyə (iqtisadi ədəbiyyatda defolt mərhələsi kimi xarakterizə olunur) keçirilib.
Nəticədə, “GKZ Moody`s”in illik defolt araşdırmasına əsasən, emitent üçün 100 faiz defolt ehtimalı qəbul olunub. Defolt halında zərər göstəricisi nəzərə alınmaqla hesablanan 69 milyon 623 min manat məbləğində dəyərsizləşmə zərəri, ümumi nəzarətdə olan müəssisələr arasında aparılan əməliyyatlara uyğun olaraq, birbaşa kapitalda tanınıb.
Hesabatda 158 milyon manat dəyərində istiqrazı alınan müəssisənin adına aydınlıq gətirilməyib.
Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevdir.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda bu qəzet və jurnal bağlandı
Next: NATO dağıla bilər

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
ABŞ fond bazarlarında cümə axşamı ticarət sessiyası Nvidia şirkətinin rəhbəri Censen Huانqın baş direktor vəzifəsindən ayrılması ilə...
Read more about Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.