“Aşıq Muşqulat” kimi tanınan Elnur Mahmudov yol polisinə işə qəbul edilib –FOTO

Xalq arasında “Aşıq Muşqulat” kimi tanınan Elnur Mahmudov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinə təyinat alıb.

Elnur Mahmudov təbliğat işlərinə cəlb olunub. Bir neçə gün əvvəl yol polisinin təşkil etdiyi təbliğat xarakterli tədbirdə çıxış edib.

Qeyd edək ki, xalq arasında Aşıq Muşqulat adı ilə tanınan Elnur Mahmudov efirlərdə məzəli mahnıların ifaçısı kimi müxtəlif verilişlərdə çıxış edib. İfa etdiyi “Fırlanem başına” mahnısında yol polislərinin ünvanına xoş sözləri ilə yadda qalıb. (Avtosfer.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.