Asiyanın ən varlı adamı Nita Ambaninin arvadı dünyada ən bahalı olan qızıl su içir.
Azpost.info “Times Now” nəşrinə istinadən bildirir ki, məşhur dizayner Fernando Altamirano tərəfindən hazırlanmış xüsusi şüşədə gələn “Acqua di Cristallo Tributo a Modigliani” adlı su butulkasının qiyməti 60 min dollardır.
24 karatlıq qızıl qabda saxlanılan su İslandiyadan gələn buzlaq suları ilə Fransa və Ficidən gələn təbii bulaq suyunun birləşməsidir. Hər şüşənin qiyməti 60 min dollardan çoxdur. Suyun özünə də 5 q qızıl qatılıb.
Altmış yaşlı Nitanın qızıl suyu sayəsində qüsursuz dəriyə sahib olduğu deyilir.
Bu heyrətamiz su butulkasının dizayneri Fernando Altamirano eyni zamanda təxminən iki milyon dollar dəyərində “Henri IV Dudognon Heritage Connac Grande Champagne” qabının yaradıcısıdır.