Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

AŞPA-nın yaz sessiyasında uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə bağlı Azərbaycan təcrübəsindən danışılıb

User 26 Aprel 2022 - 19:30 (Last updated: 21 May 2025 - 20:15)
dövlət

Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı çərçivəsində 2014-cü ildə uğurlu tədbirlər həyata keçirilib. Dövlət Proqramı əsasında risk qruplarından olan uşaqlar və onların ailələri üçün dəstək xidmətləri yaradılıb.

AŞPA-dakı nümayəndə heyətimizin üzvü Könül Nurullayeva qurumun yaz sessiyası çərçivəsində əlilliyi olan uşaqların ailələrə verilməsi ilə bağlı müzakirələr zamanı söyləyib.

Azərbaycanlı deputat dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və onlara alternativ qayğı ilə bağlı bir neçə təklif irəli sürüb. Bildirib ki, əlilliyi olan müəyyən qrup və ya fərdi insanlar üçün nəzərdə tutulmuş psixo-maarifləndirici proqramlar yaradılmalıdır. Belə proqramlar xəstəlik, əlamətlər, müalicə, diaqnostika və reabilitasiya haqqında bilik və anlayışa yönəlmiş motivasiya, eləcə də təhsil və davranış üsullarının birləşməsindən ibarət olmalıdır.

K.Nurullayeva icma psixi sağlamlıq qruplarının yaradılmasının zəruriliyinə toxunaraq, belə qrupların müəyyən ərazinin əhalisinə ekspert qiymətləndirilməsi, müalicə və qayğı göstərmək üçün məsuliyyət daşıyacağını deyib. Qeyd edib ki, belə təkliflərin həyata keçirilməsi ilə cəmiyyətlərdə de-institusionalizasiyaya rəvan keçidi təmin etmək olar.

O, de-institusionalizasiya prosesinin, yəni psixi qüsurlu insanların dövlət və ya özəl müəssisələrdən, eləcə də psixiatriya xəstəxanalarından ailələrinə və ya icma əsaslı evlərə köçürülməsinin əhəmiyyətinə toxunub.

AZƏRTAC

Post navigation

Previous: Azərbaycanda təmirə ehtiyacı olan məktəblərin sayı açıqlanıb
Next: Xarkov vilayətində Rusiyanın Ka-52 helikopteri vurulub

Oxşar xəbərlər

sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25

xƏBƏR

çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
Azərbaycanda çay sadəcə içki deyil, gündəlik həyatın və qonaqpərvərliyin ayrılmaz hissəsidir. Səhər yeməyindən sonra, işdə fasilə zamanı,...
Read more about Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.