Xarkov vilayətində Rusiyanın Ka-52 helikopteri vurulub

Ukrayna Silahlı Qüvvələri Xarkovda Rusiyanın daha bir Ka-52 “Alliqator” helikopterini vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatında bildirilib.

“Rusiyaya məxsus daha bir Ka-52 helikopteri Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumu Qoşunlarının əsgərləri tərəfindən məhv edilib”, – məlumatda qeyd olunub.

Helikopterin necə və konkret olaraq harada vurulması ilə bağlı təfərrüat açıqlanmayıb. 16 milyon dollar dəyərindəki helikopterin lazerlə idarə olunan raketlər, tank əleyhinə raket sistemi, aviasiya bombaları və digər silahlar daşımaq imkanı olduğu bildirilib.

APA

Əvvəlki məqalə

AŞPA-nın yaz sessiyasında uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə bağlı Azərbaycan təcrübəsindən danışılıb

Sonrakı məqalə

ÜST-ün Azərbaycanda fəaliyyəti mövzusunda “dəyirmi masa” keçirilib