AŞPA Putini “diktator”, Rusiyanı “diktatura” kimi tanıdı- QƏTNAMƏ

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya prezidenti Vladimir Putini “diktator”, Rusiyanı isə “diktatura” adlandıran qətnamə qəbul edib.

Azpost.info xəbər verir ki, qətnamə təşkilatın saytında dərc olunub.

Sənəd müəllifləri bildirirlər ki, çox uzun müddətdir hakimiyyətdə olan Rusiya lideri mütlıq üstünlük əldə edib, ölkədə güclü parlament və müstəqil məhkəmələr yoxdur.

“Güclü parlament, müstəqil məhkəmə sistemi, azad media və canlı vətəndaş cəmiyyəti kimi heç bir nəzarət və tarazlığın olmaması ilə yanaşı, prezidentin hakimiyyətdə uzun müddət qalması və böyük səlahiyyətləri Rusiyanı dəyişdi, de-fakto diktaturaya çevirdi”, – qətnamədə deyilir.

Sənəd müəllifləri həmçinin qeyd ediblər ki, Putinin 2024-cü ildən sonra Rusiyada hakimiyyətdə olması qeyri-legitim olacaq, çünki əvvəlki prezidentlik müddətini sıfırlayan sıfırlayan düzəlişlər onun 2020-ci ildə prezidentliyi dövründə  qəbul edilib.

AŞPA-nın Hüquq Məsələləri Komitəsi Krımın Rusiyaya birləşdirilməsi, Donbasda hərbi əməliyyatlar və Malayziyaya məxsus “Boeing MH17” təyyarəsinin qəzaya uğramasına görə məsuliyyət daşıyan Putin və digər vətəndaşlar üzrə beynəlxalq cinayət tribunalını dəstəklədiyini açıqlayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.