Astara postunda gömrükçülər 244 kiloqram heroin aşkar edib

20 May 2021 - 16:18

Gömrükçülər 244 kiloqramdan artıq narkotik aşkar ediblər.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. O, bunu gömrük orqanlarının daha bir uğurlu əməliyyatı kimi qiymətləndirib:

“Əməliyyatçılarımızın yüksək peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində – Astara gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə – heroin aşkar edilib”.