Astarada 17 yaşlı qız toy gecəsi ölüb-YENİLƏNİB

Astarada dünən toyu olan 17 yaşlı qız ölüb.

APA-nın verdiyi xəbərə görə, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Ə.İ.nin hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

**

Astara rayonun Deqadi kəndində hamilə qadın toydan bir gün sonra ölüb. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Ə.İmanovanın dünən toyu olub.
Əfsanə İmanovanın 18 yaşı hələ gələn ilin yanvar ayında tamam olacaqdı.
Gəlin və bəy 9-cu sinifdən sonra təhsillərini davam etdirməyiblər. Hər iki şəxsin ailəsi son illərdə Bakıda istixanalarda çalışıb, kəndə isə yalnız arabir qayıdıblar.
Məlumata görə, toydan bir müddət əvvəl qızın ailəsi onun hamilə olduğu öyrənib. Ailə bundan sonra toy təşkil etməyə qərar verib.
Bir müddət əvvəl Ə. İmanovanın bətnindəki yeddi aylıq dölün artıq tələf olduğu məlum olub. Onun Deqədi kəndindəki “Ata Yurdu” restoranında baş tutan toy zamanı özünü pis hiss etdiyi, daha sonra xəstəxanaya aparıldığı, gecə saat 3 radələrində vəfat etdiyi bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.