Astarada meyit aşkarlanıb.
Hadisə gecə saatlarında Astara rayonunun Pensər kəndində baş verib. 18 yaşlı qızın meyiti asılmış vəziyyətdə tapılıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, valideynlərini itirən qız, babası ilə yaşayırmış.
Faktla bağlı araşdırma aparılır. (APA)