Astarada bir neçə kəndi birləşdirən yol çöküb- Nəqliyyatın hərəkəti dayanıb

Ötən gün axşam Astara rayonunun Şağlazüzə kəndində yol uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb.

Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb, nəqliyyatın hərəkəti dayanıb. Şağlazüzə-Siyokəş yolunu birləşdirən körpü də dağılıb.

Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gediş-gəlişi çətinləşib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.