Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Astarada “Div evi” qalasından min yaşı olan qədim borular tapılıb –

User 12 Avqust 2024 - 12:56 (Last updated: 21 May 2025 - 20:15)
elisah

Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişah qalasında aparılan tədqiqatlar zamanı yeni maddi-mədəniyyət nümunələri aşkar olunub.

Arxeoloji tədqiqatlara iyul ayının 15-dən başlanılıb.

Tədqiqatlar zamanı qalada otaqlar, miniatür saxsı materiallardan hazırlanan kasalar və 8 metr uzunluqda saxsı borudan hazırlanan kanalizasiya xətti aşkarlanıb. Bu barədə ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev məlumat verib. Onun sözlərinə görə, aşkar olunan maddi-mədəniyyət nümunələri əsasən XII-XIV əsrləri əhatə edir: “Həmin kaşıların qalada aşkar olunması çox möhtəşəm memarlıq üslubunda olan bir binanın olmasının göstəricisidir. Burada 8 metr uzunluqda saxsı borudan hazırlanmış kanalizasiya xətti aşkar olunub, bu da o deməkdir ki, biz qazıntının fundamentinə gəlib çatmışıq. Bu qalanın özəlliyi ondan ibarətdir ki, bura bir fenomendir və el arasında buraya Divəkə qalası, “divlər evi” adlandırıblar”.

Ekspedisiyanın üzvü Ülkər Camalova bildirir ki, qalada daha çox fayans tipli keramika nümunələri üstünlük təşkil edir: “Kaşı nümunələri XII əsrin ortalarından XIII əsrin əvvəllərinə qədər məhz firuzəyi rəngdə üstünlük təşkil edirdi. XIII əsrin ortalarından XIV əsrin əvvəllərinə qədər artıq bu rəng çalarları genişlənməyə başladı. Tünd göy, mavi, qara, ağ rəngli nümunələrinə daha çox rast gəlinir. Azərbaycanda çaşının ən gözəl nümunələri XIII əsrdən başlayıb. Buna hardasa cənubi Azərbaycanda, hal-hazırda Marağa şəhərində, Qırmızı Gümbəz adlanan abidədə rast gəlinir. Daha sonra Təbrizdəki Göy məscidi göstərə bilərik ki, burda kaşılardan geniş istifadə olunub. Naxçıvanda Möminə Xatun türbəsinin dekorativ-estetik görünüşünü kaşılar bəzəyib”.

Qeyd edək ki, Alaşa kəndi ərazisində 70 metr hündürlükdə yerləşən müdafiə istehkamı Əlişah qalası İran ilə həmsərhəddir. Qaladan Xəzər dənizi aydın müşahidə olunur. Bu da o deməkdir ki, ərazi müşahidə qalası kimi düzgün strateji mövqedə seçilib. (AzərTac)

 

Post navigation

Previous: ABŞ Olimpiya Oyunlarında medal sayına görə birinci yerə çıxıb
Next: Üç Avropa ölkəsindən Qəzza ilə bağlı

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq iqtisadi və daşınmaz...
Read more about İpoteka Fondunda ekspertlərlə görüş keçirilib
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.