Astarada fiziki qüsurlu yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
AzPost APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Astara rayonu Kijəbə qəsəbəsində qeydə alınıb.
Anadangəlmə fiziki qüsurlu 13 yaşlı Z.K. əmisi Vasif Kazımovun idarə etdiyi “UAZ” markalı avtomobillə vurulub. İlkin məlumata görə, avtomobil geriyə hərəkət edən zaman əlil arabasında olan yeniyetməni vurub.
Xəsarət alan yeniyetmə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisəni törətməkdə şübhəli bilinən V.Kazımov polisə təslim olub.
Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.