Astarada itkin düşən balıqçının meyiti İran ərazisində tapılıb

Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İran ərazisində tapılıb.

1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun meyiti Xəzər dənizinin İran tərəfinə düşən hissəsində aşkarlanıb.

Hazırda meyitin Azərbaycan tərəfinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında daha bir balıqçının – 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.