Astarada qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara rayonun Maşxan kəndində qeydə alınıb. Gəncə şəhər sakini 30 yaşlı Yusif Verdiyev, keçmiş həyat yoldaşı yoldaşı Gülşən Qəhrəmanovanı bıcaqla vuraraq qətlə yetirib.
Onların iki il əvvəl boşandıqları, birgə nikahdan 2 və 4 yaşlı iki uşaqlarının olduğu bildirilir.
Məlumata görə, hadisə azyaşlıların gözü qarşısında baş verib.
Faktla baglı Astara rayon prokurorluğunda cinayət işi başlanıb. Araşdırma davam edir.