ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşüb –

BƏYANAT
16 Fevral 2021 - 22:22

ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) bu gün birgə bəyanat yayıblar.

Bəyanat ATƏT-in rəsmi saytına yer alıb. Bəyanatda deyilir:

ATƏT-in Minsk Qrupu həmsədrləri, fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Aivazian və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsi Andjey Kaspşik görüşlərə qatılıb. Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesi və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə əlaqədar fikir mübadiləsi aparıblar.(APA)