Daha 106 erməni hərbçinin meyiti Ermənistana verilib

Daha 106 erməni hərbçinin meyiti Ermənistana verilib.

“Sputnik Armenia”yanın verdiyi məlumata görə, Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 erməni hərbçinin meyitini Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu gün qarşı tərəfə verib.

Eyni zamanda, bildirilir ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdən indiyədək 1379 erməninin meyitinin tapıldığı açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“PKK-ya məxsus mağarada ancaq gözyaşardıcı qazdan istifadə edilib” –

Sonrakı məqalə

ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşüb –