“ATƏT-in Minsk Qrupu buraxılmalıdır” –

Türkiyəli deputatdan təklif
28 Sentyabr 2020 - 23:14

“Türkiyə Dağlıq Qarabağda vəziyyətin həlli ilə bağlı yaradılmış tənzimləmə mexanizminə daxil edilməlidir. Bu, indiki Minsk Qrupunun tərkibindən daha faydalı olardı”.

Azpost.info bildirir ki, bu barədə Türkiyəli deputat Öztürk Yılmaz RİA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu heç bir funksiya daşımır və buraxılmalıdır: “Minsk Qrupunu hansı tənzimləmə mexanizmi əvəz edəcəyini müzakirə etmək olar. Amma istənilən format Türkiyənin iştirakı ilə daha faydalı olar”.