Atəşkəsdən sonra Hadrutda ermənilərin qəfil hücumu nəticəsində 4 hərbiçi şəhid olub-“Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb

Noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb. 

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin yaydığı birgə rəsmi məlumatında bildirilir.

Dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu  həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.

Qeyd olunan nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb: “Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DTX və Müdafiə Nazirliyi Hadrutda baş verən təxribatla bağlı məlumat yayıb

Sonrakı məqalə

TƏBİB Azərbaycanda ekspress testlərdən istifadə olunmamasına aydınlıq gətirib