ATƏT-in Minsk Qrupu Qarabağda və sərhəddəki gərginliklə bağlı bəyanat verdi

ATƏT-in Minsk Qrupu Ermənistan və Azərbaycanı 9 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın öhdəliklərinə sadiq olmağa çağırıb. 
Azpost.info bildirir ki, bu barədə Minsk Qrupunun yaydığı bəyantda deyilir.
Bəyanatı Endrü Şofer (ABŞ), İqor Xovayev (Rusiya) və Bris Rokfey (Fransa) imzalayıb.
Həmsədrlər regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən insidentdən “dərin narahatlıq keçirdiklərini” bildiriblər və tərəfləri situasiyanı sabitləşdirmək üçün addımlar atmağa çağırıblar.
“Gərginliyin artması Dağlıq Qarabağla bağlı qalmış bütün məsələlərin tənzimlənməsi üçün danışıqların zəruriliyini göstərir. Həmsədrlər tərəfləri Ermənistan və Azərbaycan XİN başçılarının həmsədrlərin egidası altında Nyu-Yorkda və Parisdə keçirilən görüşlər zamanı əldə edilənləri möhkəmlətməyə çağırır”-deyə bəyanatda vurğulanır.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Stalinin qəbri açılacaq, qalıqları ekspertizadan keçiriləcək –

Sonrakı məqalə

Putin və Makron Qarabağda vəziyyəti müzakirə edib