Heydər Əliyev prospektində iki maşın toqquşub, xəsarət alan var

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Heydər Əliyev prospektində yük maşını ilə “VAZ 21099” markalı minik avtomobili toqquşub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib: “Yol polisi tərəfindən yolun hərəkətinin təhlükəsizliyi təmin olunub. Nəqliyyat axınında normal hərəkət üçün avtomobillər ərazidən uzaqlaşdırılıb”.

Əvvəlki məqalə

Naxçıvanda vəzifəli şəxs barəsində cinayət işi başlanıb

Sonrakı məqalə

ATƏT sədri Ukraynada səfərdədir