Ata, ana və 5 yaşında qızlarını başından güllə ilə vurub öldürdü- DƏHŞƏTLİ CİNAYƏT

Türkiyənin Mardin şəhərinin Kızıltepe rayonunda 33 yaşlı Berna Kaya, həyat yoldaşı 37 yaşlı Mehmet Kaya və 5 yaşlı qızları Samyeli Kaya yaşadıqları mənzildə başlarından silahla vurulmuş vəziyyətdə ölü tapılıblar.

AzPost Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə gecə saatlarında Turgut Özal qəsəbəsi, Mardin prospektində yerləşən Hacı Şeyhmus Can Apartmanı, ikinci mərtəbədə baş verib. Ailədən xəbər ala bilməyən qonşular mahalə mütəxəssisi ilə birlikdə mənzilin qapısını açıb və içəri daxil olublar.

Mənzildə aparılan yoxlamada ata, ana və uşağın hər üçünün hərəkətsiz olduğu və başlarından güllə yarası aldığı müəyyən edilib. Hadisə yerinə dərhal səhiyyə və polis briqadaları çağırılıb.

Rəsmi məlumatda bildirilib ki, 3 nəfərin də həyatını itirdiyi təsdiqlənib. Cansız bədənlər otopsiya üçün morqa aparılıb, hadisə ilə bağlı səhiyyə və hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb və araşdırmalar davam edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.