ATƏT PA-da Ermənistan və Türkiyə nümayəndə heyəti görüşüb-FOTO

ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyası çərçivəsində Ermənistan və Türkiyə nümayəndə heyətləri arasında görüş baş tutub.

AzPost bildirir ki, görüşdə bir sıra məsələlər müzakirə olunub.

“Vyanada ATƏT PA-da Türkiyə nümayəndə heyətimizlə birlikdə Baş Assambleyada iştirak edən Ermənistanın nümayəndə heyəti ilə görüşdük. Qonşu ölkələrimiz arasında münasibətlərə həsr olunmuş məhsuldar görüşümüz oldu. Ümid edirəm ki, görüş hər iki ölkə üçün faydalı olacaq”-deyə Türkiyə parlamentinin hakim partiyadan olan üzvü, Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Selami Altınok yazıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.