ATƏT PA-nın Prezidenti, Baş katibi və xüsusi nümayəndəsi Bakıya gəlir

ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kauma, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen, ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montellanın rəhbərlik etdiyi nümayəndə heyəti 12-14 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Bu barədə APA-ya Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev xəbər verib.

 

Səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək, Azərbaycan və ATƏT Parlament Assambleyası arasında əməkdaşlığı, regiondakı hazırkı vəziyyət və digər ikitərəfli məsələlər ətrafında müzakirə aparılacaq.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.