“Atletiko” ciddi itki-Antuan Qrizmann sıradan çıxıb

İspaniyanın “Atletiko” klubunun heyətində ciddi itki baş verib.

La Liqa nəhənginin hücumçusu Antuan Qrizmann sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu komandanın məşqi zamanı sol ayaq əzələsindən zədələnib. 34 yaşlı forvardın yaşıl meydanlara qayıdış tarixi müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm “Atletiko”nun heyətində meydana çıxdığı 30 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.