Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 şagird təhsillərini başa vuraraq məzun olacaq.
Bəzi iddialara görə, məzunlara attestatlar pulla veriləcək.
AzPost xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat yayıb:
Məlumata əsasən, məzunlara təhsil sənədlərinin təqdim olunması ilə bağlı bütün zəruri hazırlıq işləri artıq tamamlanıb. Belə ki, XI sinif məzunlarına tam orta təhsil haqqında attestatların 14-20 iyun tarixləri arasında, IX sinif məzunlarına isə ümumi orta təhsil haqqında attestatların 23-28 iyun tarixləri ərzində təqdim olunması nəzərdə tutulur.
Məzunlar göstərilən tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını əldə edə bilərlər. Təhsil sənədləri dövlət vəsaiti hesabına verilir və bu proseslə bağlı hər hansı ödənişin tələb olunması yolverilməzdir.