“Atəşkəsə razı olmayacağıq” –Putindən AÇIQLAMA

Kreml 30 və ya 60 günlük atəşkəsə razı olmayacaq. Çünki hərbi əməliyyatlardakı sakitlik rejimi Qərb silahları ilə təminat üçün istifadə olunacaq.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Bryansk və Kursk vilayətlərində baş vermiş partlayışlara bağlı iclasda çıxışı zamanı bildirib.

Putin həmçinin bildirib ki, hazırkı Kiyev hakimiyyətində heç də sülh lazım deyil. Onlar üçün sülh hakimiyyətin itirilməsi deməkdir.

“Kiyev rejiminin sülhə ehtiyacı yoxdur. Onlar üçün bu, hakimiyyətin itirilməsi deməkdir. İstənilən möhlət səfərbərlik və yeni terror aktlarının hazırlanması üçün istifadə olunacaq”.

“Bu şəraitdə ümumiyyətlə kim danışıqlar aparır?” -deyə Prezident Ukraynanın yüksək səviyyəli görüş tələbini şərh edərkən deyib.

Putin bildirib ki, Təhlükəsizlik Şurasının növbəti iclasında Xarici İşlər Nazirliyi və təhlükəsizlik qüvvələri ilə Ukrayna nizamlanması məsələlərini müzakirə edəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.