ATƏT PA-nın Prezidenti:“Paşinyan danışıqlar prosesinin gedişinə zərbə vurur”

“Avropa məkanında, Cənubi Qafqazda mövcud olan  Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, eləcə də  bizim təşkilatımızın – ATƏT-in diqqət mərkəzindədir”.

Bunu APA-ya açıqlamasında ATƏT PA-nın Prezidenti Giorgi Tsereteli deyib. Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəyanata münasibət bildirən G.Tsereteli qeyd edib ki, bu bəyanat münaqişənin nizamlanmasına və danışıqlar  prosesinin gedişinə zərbə vurur: “Düşünürəm ki,  münaqişənin həllinə nail olmaq məqsədi daşımayan və ölkələr arasındakı müzakirələrə töhfə verməkdən uzaq olan bu cür bəyanatların səsləndirilməsi  hər zaman sülh prosesini zədələyir. Biz daha çox konstruktiv bəyanatlar eşitmək istəyirik və konkret addımlar gözləyirik. Fikir ayrılıqlarını və fərqli düşüncələri bir araya gətirib ortaq dil tapmaq lazımdır. Ayrılıqlara səbəb olan  və münaqişənin nizamlanması prosesinə zədə vuran bu cür bəyanatların səsləndirilməsi təəssüf ki, bu istiqamətdə mövcud olan problemlər sırasındadır. Münaqişənin həlli güclü siyasi iradə tələb edir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq mümkündür”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir