Autizmin əlamətləri neçə yaşından özünü göstərir? –HƏKİM RƏYİ

Autizm – erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir.

Bunu TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 4 nömrəli Uşaq Poliklinikasının həkim-psixiatrı Yaqut Seyfullayeva deyib.

Həkimin sözlərinə görə, autizmin əlamətləri əsasən, iki yaşından etibarən özünü göstərməyə başlayır:

“Autizm xəstəliyinin əsas əlamətləri göz kontaktının olmaması, nitq ləngiməsi, exolaliya (sözləri təkrarlamaq) davranış pozuntusu olur. Sözügedən xəstəliyin simptomları bəzən çox erkən yaşlarda da (məsələn, 8-9 ay) müşahidə oluna bilər. Lakin əksər hallarda xəstəliyin simptomlarına 10-30 ay aralıqlı uşaqlarda rast gəlinir.

Autizm xəstəliyində psixo-pedaqoji müalicə növü tətbiq olunur. Burada psixoloq, loqoped və defektoloqun müayinələri, fikirləri əsas götürülür”.

Yaqut Seyfullayeva bildirib ki, valideynlər autizm xəstəliyi olan uşaqlarla daim məşğul olmalıdırlar:

“Autizm sindromlu uşaqlar günün 6-8 saatını reabilitasiyalarla (loqoped, psixoloq, rəqs, idman və s.) məşğul olmalıdırlar. Onlara diqqət edilməsi vacibdir. Eləcə də müayinələri də davam etdirilməlidir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.