“Autizmli Şəxslərlə iş” layihəsinə start verildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Autizm Assosiasiyası tərəfindən “Autizmli Şəxslərlə iş” adlı yeni layihənin icrasına başlanılıb. Layihənin məqsədi autizmli şəxslərin sosiallaşmasına, təlim-tərbiyə prosesinə daha effektiv inteqrasiyasına və bu istiqamətdə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir.

Layihə çərçivəsində valideynlər, müəllimlər və psixoloqlar üçün maarifləndirici təlimlər, həmçinin autizm sahəsində beynəlxalq təcrübənin paylaşılması məqsədilə tədbilər keçiriləcək.

Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədov bildirib ki, layihə autizmli uşaqlara dəstək sisteminin inkişafına, bu sahədə ictimai diqqətin artırılmasına və inklüziv cəmiyyətin formalaşmasına töhfə verəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.