“Autizmli şəxslərlə iş” layihəsi başa çatıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Autizm Assosiasiyanın təşkilatçılığı həyata keçirilən “Autizmli şəxslərlə  iş” layihəsi uğurla icra olunub.

Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədov açıqlamasında bildirib ki, layihə Bakı şəhərində baş tutub və 20-yə yaxın qurumu əhatə edib:

“Tədbir çərçivəsində mütəxəssislərin və ailələrin maarifləndirilməsi, həmçinin autizm sahəsində beynəlxalq təcrübə və yeniliklərin paylaşılması məqsədi ilə müxtəlif görüşlər və təlimlər təşkil olunub. Layihə autizmli şəxslərə dəstək sahəsində görülən işlərin daha da gücləndirilməsinə və bu sahədə məlumatlılığın artırılmasına xidmət edib”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.