“Avrasiya İttifaqının ümumi vətəndaşlığı yaranacaq” –“Yeni SSRİ”nin vahid pasportu olacaq? (AÇIQLAMA)

Gec-tez Avrasiya İqtisadi İttifaqının ümumi vətəndaşlığı yaranacaq”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədrinin birinci müavini Konstantin  Zatulin “Pravda” qəzetinə müsahibəsində deyib.

Zatulin keçmiş SSRİ məkanında yerləşən ölkələrlə əlaqələrin səviyyəsini şərh edib, bu dövlətlərdə yaşayan rusların vəziyyətinə toxunub, sabiq sovet respublikalarının əməkdaşlıq perspektivini təhlil edib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində yeni vətəndaşlıq münasibətlərinə baxıla bilər: “Əgər biz ciddi şəkildə Avrasiya İttifaqını qurmaq istəyiriksə o zaman gec-tez bu İttifaqın ümumi vətəndaşlığı da olacaq. O zaman bu problemlər tamam başqa cür görünəcək”.  

Zatulin deyib ki, vaxtilə MDB-yə daxil olan bütün ölkə vətəndaşlarının ikinci vətəndaşlığı olaraq MDB vətəndaşı olmalarını təklif edib: “Təəssüf ki, bunu reallaşdırmaq mümkün olmadı. Avrasiya İttifaqının vətəndaşlığı məsələsi isə tamam mümkündür”.

Xatırladaq ki, Avrasiya ittifaqı Rusiya Prezidenti Putinin təşəbbüsü ilə 2015-ci ildə yaradılıb.  İttifaqa Rusiya, Qazaxstan, Belarus, Qırğızstan və Ermənistan daxildir. Avrasiya İttifaqı ümumi gömrük, sərhəd və iqtisadi məsələlərlə bağlı fəaliyyəti koordinasiya edir, birgə  müzakirələr aparır.

Azərbaycan bu ittifaqa qoşulmağa dəvət olunsa da rəsmi Bakı təklifdən imtina edib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahın dərs cədvəli açıqlanıb

Sonrakı məqalə

Bu gün Azərbaycanda 4134 nəfər koronavirus testindən keçib